7NEWS.az xəbər verir ki, keçən mart ayından etibarən Rusiya ordusunun nəzarətində olan Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya Atom Elektrik Stansiyasına səfər etməzdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi və onu müşayiət edən nümayəndə heyəti Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Ukrayna ərazisində yerləşən və Rusiya tərəfindən işğal olunmuş elektrik stansiyasında danışıqları müzakirə edən Zelenski AES ilə bağlı gərginliyə görə Rusiyanı günahlandırıb.
7NEWS.az