Zelenski polşalı həmkarı Duda ilə görüşüb

OXUNUB: 248 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ilk xaricə səfərini ABŞ-a edib. Ukraynaya qayıdan Zelenski Polşanın cənub-şərqindəki Rzeşov şəhərində onu Kiyevə aparacaq təyyarəyə minib və orada Polşa prezidenti Anjey Duda ilə görüşüb. Mətbuata qapalı keçirilən görüşdən sonra açıqlama verən Zelenski, Duda ilə ümumi müharibə səbəbiylə tarixi çətinliklər gətirən 2022-ci ili yekunlaşdırdıqlarını, gələcəyə dair strateji planlarını, ikitərəfli münasibətləri və 2023-cü il üçün beynəlxalq qarşılıqlı əlaqələri müzakirə etdiklərini söyləyib və sarsılmaz və güclü dəstəyə görə Polşaya təşəkkür edib.

7NEWS.az

RƏYLƏR