Zəlzələdə infarkt keçirən kişi öldü - FOTO

OXUNUB: 516 HADİSƏ

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və  Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini  63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

 

Qeyd edək ki, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib. 

İcmal.Az

Zəlzələdə infarkt keçirən kişi öldü - FOTO

Zəlzələdə infarkt keçirən kişi öldü - FOTO

RƏYLƏR