Zəncirvari qəza: 22 nəfər yaralandı

OXUNUB: 564 DÜNYA

Türkiyənin Çorum vilayətində 10 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

İcmal.Az trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 22 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısının Türkiyə vətəndaşı olduğu deyilir. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında 93 966 yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az

RƏYLƏR