Zərdabda ağır qəza: Ölən və yaralılar var

OXUNUB: 740 HADİSƏ

Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, iyunun 21-də, saat 10:00 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi "VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi "Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış iki sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR