"Zeytun budğı"nın 13-cü günü - 27 yaşayış məntəqəsi azad edilib

OXUNUB: 519 DÜNYA

Afrində əməliyyatlar nəticəsində 27 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Bu rəqəmi Türkiyə hərbi mənbələri yayıblar.

Məlumata görə, hazırda əməliyyatlar Suriya ərazisində 7 istiqamətdə aparılır.

Qeyd edək ki, ötən gün Suriyada aparılan "Zeytun budağı" əməliyyatı zamanı 12 gün ərzində PYD və YPG-nin 712 terrorçusunun zərərsizləşdirilməsi barədə bildirilib.

 

Bundan başqa, ötən gün Bak Ubasi kəndinin terrorçulardan azad edilməsi barədə məlumat verilmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub./trend

 

İcmal.Az

RƏYLƏR