Zibilliyə atılmış körpə tapıldı - "Soyuqdan titrəyirdi" - FOTO

OXUNUB: 715 MARAQLI

Taylandın Sarburi vilayətində hotelin yaxınlığındakı zibillikdən yeni doğulmuş körpə tapılıb.

Onu yoldan keçərkən ağlamaq səsi eşidən şəxs tapıb.

O, dərhal polislərə xəbər verib və təcili tibbi yardım çağırıb. Həkimlər bildirib ki, uşağın göbək bağı da düzgün kəsilməyib.

Uşağı tapan şəxs onun soyuqdan titrədiyini və rənginin ağardığını söyləyib.

 

Uşaq xəstəxanaya çatdırılıb. O, 2 kiloqram 700 qramdır. Polislər hər yerdə körpəsini atan qadını axtarır./milli

İcmal.Az fotoları təqdim edir:


Zibilliyə atılmış körpə tapıldı -

Zibilliyə atılmış körpə tapıldı -

İcmal.Az

RƏYLƏR