Ziya Bünyadov prospektində yolu keçən qadını minik avtomobili vurub

OXUNUB: 705 HADİSƏ

Bakının Nərimanov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1976-ci il təvəllüdlü Səlimova Könül Saday qızı Ziya Bünyadov prospektində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə "təcili tibbi yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi hadisəni törədən sürücünün izahatını alıb./report

 

İcmal.Az

RƏYLƏR