Zorlamada ittiham edilən prodüser təslim oldu

OXUNUB: 579 DÜNYA

Cinsi təcavüzdə ittiham edilən, lakin bunu inkar edən amerikalı prodüser Harvi Vaynşteyn polisə təslim olmağa qərara gəlib.

İcmal.Az-ın "The New York Times” nəşrinə istinadən xəbərinə görə, o, bu gün, mayın 25-də, hüquq-mühafizə orqanlarına gedəcək.

Prodüserə qarşı rəsmi ittiham irəli sürüləcəyi gözlənilir. Onun vəkili şərh verməkdən imtina edib.

Qeyd edək ki, 70-dən çox qadın Vaynşteyn tərəfindən təcavüzə məruz qalması barədə şikayət edib. 

Onlardan ən azı ikisinin işi üzrə prodüserə qarşı cinayət işi açıla bilər. Aktrisa Paz de la Huerta iddia edir ki, Vaynşteyn onu zorlayıb.

2017-ci ilin oktyabr ayında onlarla qadın Vaynşteyni cinsi təcavüzdə ittiham edib. Onların arasında aktrisalar Kara Delevin, Lea Seydu, Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek var.

Məlum olub ki, "Weinstein Co.” şirkətinin qadın əməkdaşları 30 il ərzində prodüser tərəfindən cinsi təcavüzə məruz qalıblar.

İcmal.Az

RƏYLƏR