Özünü güllələyən erməni əsgərin əli amputasiya edildi

OXUNUB: 907 DÜNYA
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti cinayət hadisəsi baş verib. 

Tank əleyhinə taqımın hərbi qulluqçusu xidmətdə məruz qaldığı təhqirlərə dözməyərək, sıra meydanında məşqlər vaxtı ilk olaraq taqım komandirini avtomatla vurmaqla hədələyib.

Sonradan hərbçi yoldaşları tərəfindən sakitləşdirilən əsgər Armen Sarkisyan özünə atəş açıb. Aldığı yaranın həyati qorxusu olmasa da hərbi qulluqçu A.Sarkisyanın əlinin amputasiya edildiyi bildirilir. 

Hadisənin səbəbləri hərbi hissənin zabitləri və hərbi polisin əməkdaşları tərəfindən araşdırılır. Faktla bağlı heç bir rəsmi məlumat verilməyib./big

 
İcmal.Az

RƏYLƏR