17 yaşlı almaniyalı qız İŞİD-lə əlaqəyə görə məhkum edildi

OXUNUB: 569 DÜNYA

İraqda 17 yaşlı Almaniya vətəndaşı V. Linda İŞİD terror qurplaşması ilə əlaqayə görə altı il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Suddeutsche Zeitung nəşri yazır.

Məhkəmə Bağdadda keçirilib. Lindanın yetkinlik yaşına çatmadığı üçün proses qapalı olub. Almaniya XİN məhkəmə qərarı ilə bağlı məlumatı təsdiqləməyib.

Qeyd edək ki, 2016-cı ilin yayında məktəbli bildirib ki, İslam dinini qəbul edib və bundan sonra əlaqəyə çıxmayıb. Lindanı Mosulun azad edilməsi zamanı İraq hərbçiləri saxlayıblar. 

2017-ci ilin dekabr ayında Lindanın anası və bacısı ona baş çəkiblər. Linda deyib ki, "həyatını məhv edən” qərara görə peşmandır./oxu

İcmal.Az

RƏYLƏR