Rusiyada neft emalı zavodunda yanğın baş verib

OXUNUB: 1506 Özəl DÜNYA
Rusiyanın Tuapse şəhərində neft emalı zavodunda yanğın baş verib. Bəzi Ukrayna mənbələri neft emalı zavodunda yanğının pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyini iddia edib. Alov 2 saatdan sonra nəzarətə götürülüb.

7NEWS.az xəbər verir ki, Rusiyanın Ukraynaya yaxın vilayətlərindən biri olan Krasnodarın Tuapse şəhərində yerləşən Rusiyanın "Rosneft” neft şirkətinə məxsus neft emalı zavodunda gecə saatlarında yanğın baş verib. Qısa müddətdə alov böyüdüyü üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Tuapse Bələdiyyə Başçısı Sergey Boyko açıqlamasında neft emalı zavodunda vakuum qurğusunun yandığını və alovların təxminən 2 saat sonra nəzarət altına alındığını açıqlayıb. Boyko yanğında can itkisinin olmadığını bildirib. Komandaların uzun sürən səyləri nəticəsində alov saat 04.53 radələrində söndürülüb.

7NEWS.az

RƏYLƏR