Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğradı

OXUNUB: 953 Özəl DÜNYA
Rusiyanın "İlyuşin İl-76" tipli hərbi-nəqliyyat təyyarəsi Belqorod şəhərində Ukrayna sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Təyyarədə 65 ukraynalı hərbi əsir, altı ekipaj üzvü və daha üç nəfərin olduğu bildirilib.

7NEWS.az xəbər verir ki, Rusiyada "İlyuşin İl-76" tipli hərbi-nəqliyyat təyyarəsi Ukrayna sərhədi yaxınlığındakı Belqorod şəhərində qəzaya uğrayıb. Rusiyanın RİA xəbər agentliyinin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, əsir mübadiləsi çərçivəsində təhvil veriləcək təyyarədə 65 ukraynalı hərbi əsir, altı ekipaj üzvü və daha üç nəfər olub.

7NEWS.az

RƏYLƏR