17 yaşlı azərbaycanlı qızı Türkiyədə qaçırdılar - VİDEO+FOTOLAR

OXUNUB: 854 HADİSƏ
Azərbaycan vətəndaşı, 17 yaşlı Ş.Q. bu ilin fevral ayında Türkiyənin Iğdır şəhərində küçədə gedərkən qaçırılıb. Valideynləri Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət etsələr də, bu günə qədər onun ölməsi və ya sağ olması, harada saxlanması ilə bağlı heç bir məlumat yoxdur . 

İcmal.Az xəbər verir ki, bu barədə xeberdar.net-ə qaçırılan qızın anası Əsmər Məmmədova deyib.
Ə. Məmmədovanın bildirdiyinə görə, oğlu Türkiyənin Iğdır şəhərində ailə qurub, orda yaşayır və artıq Türkiyə vətəndaşıdır. Nəvəsini görmək üçün 17 yaşlı qızı ilə birlikdə İğdıra gedib. Orada qızı Ş.Q naməlum şəxslər tərəfindən qaçırılıb. Sonradan qızın milliyyətcə kürd olan Türkiyə vətəndaşları Sinan və Buran Oğuzlar tərəfindən qaçırıldığı məlum olub. Qaçırılan qızın arxasınca getdikdə isə Əsmər Məmmədova və onun oğlunun üzərinə silah çəkilib. İndi qızı qaçırılan ana çarəsiz qalaraq mətbuat vasitəsi ilə Türkiyə Cümhuriyyətinin və Azərbaycanın Respublikasının aidiyyatı qurumlarına müraciət edərək kömək istəyir.
S.Məmmədovanın açıqlamasını oxuculara təqdim edirik:



17 yaşlı azərbaycanlı qızı Türkiyədə qaçırdılar - VİDEO+FOTOLAR
17 yaşlı azərbaycanlı qızı Türkiyədə qaçırdılar - VİDEO+FOTOLAR

RƏYLƏR