19 yaşlı qız sevgilisi getməsin deyə “qatara bomba qoyulub” dedi…

OXUNUB: 692 DÜNYA

Rusiyanın Novosbirsk şəhərində 19 yaşlı qız sevgilisinin getməsinə mane olmaq üçün qatara bomba qoyulması ilə bağlı yalan informasiya verib.

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daha əvvəl də mühakimə olunan 19 yaşlı qız tanışına aid telefonla polisə zəng edərək qatara bomba qoyulduğunu bildirib. Lakin sonra sevdiyi oğlana görə belə bir addım atdığını etiraf edib.

Qıza qarşı "terror aktı ilə bağlı yalan məlumat vermə" maddəsi ilə cinayət işi açılıb.

 

İcmal.Az

RƏYLƏR