Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə İcmal.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 0,58% artaraq bir barelə görə 48,43 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,55% bahalaşaraq 46,08 dollara satılıb.
İcmal.Az