Müştərilər Ziraat Bank Azərbaycandan pullarını geri çəkir - HESABAT

OXUNUB: 56 İQTİSADİYYAT
"Ziraat Bank" (Azərbaycan)ın cəmi aktivləri, cəmi öhdəlik və depozit portfeli azalıb.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə "Ziraat Bank" (Azərbaycan)ın cəmi aktivləri 2 mln. 818 min manat azalaraq 219 mln. 739 min manata düşüb. Bankın cəmi öhdəlikləri isə 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 3 mln. 782 min manat azalaraq 150 mln. 924 min manat olub. Bankın cəmi kapitalında cuzi artım olub. Belə ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə bankın cəmi kapitalı 964 min manat artaraq 68 mln. 814 min manata çatıb.

DEPOZİT PORTFELİ AZALIB

"Ziraat Bank" (Azərbaycan)ın depozit portfelində ciddi azalma olub. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bankda müştərilərin depozitləri 15 mln. manatdan çox azalaraq 74 mln. manata düşüb. Bu isə bankın öhdəliklərinin əsas azalma səbəbidir. Bankın müştərilərə verdiyi kreditdə artım olub. 2018-ci ilin 1-ci rübü ilə müqayisədə bank müştərilərə 32 mln. 746 min manat kredit verərək kredit portfelini 112 mln. 160 min manata çatdırıb.

ƏMƏLİYYAT GƏLİRİ AZALIB

Bank 2019-cu ilin 1-ci rübündə 2 mln. 912 min manat xalis faiz gəlirinə, 692 min manat qeyri-faiz gəlirinə və 1 mln. 695 min manat qeyri-faiz xərcinə sahib olub. Nəticədə bankın 1 mln. 910 min manat əməliyyat gəliri olub. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 54 min manat azdır. Bankın xalis mənfəəti 733 min manat azalaraq 959 min manata düşüb.

MƏCMU KAPİTALI CUZİ ARTIB

"Zİraat Bank" (Azərbaycan)ın məcmu kapitalı 2018-ci iln 1-ci rübü ilə müqayisədə 733 min manat artaraq 64 mln. 945 min manata çatıb. Bankda məcmu kapitalın adekvatlıq əmsalı 25.8%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 24.7% təşkil edib.

RƏYLƏR