3 keçmiş nazir və 2 millət vəkili AKP-dən istefa verdi

OXUNUB: 90 DÜNYA
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefalar başlayıb.

İcmal.Az xəbər verir ki, yeni partiya quracağını açıqlayan keçmiş xarici işlər naziri Əli Babacandan sonra 3 sabiq nazir və keçmiş 2 deputat partiyadan istefa verib.

Belə ki, keçmiş ədliyyə naziri Sadullah Ergin, mədəniyyət və təhsil naziri kimi vəzifələri tutmuş Hüseyn Çelik, keçmiş daxili işlər naziri və baş nazirin müavini Bəşir Atalayla yanaşı, sabiq millət vəkilləri Abdullah Başçı və Kerim Aydemir də partiyadan istefa verib.
 
 
 
İcmal.Az

RƏYLƏR