33 illik ər-arvadın YATAQ DƏHŞƏTİ: Səndən həzz almıram dedi və... - Bakıda ŞOK HADİSƏ

OXUNUB: 894 HADİSƏ

Bakıda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Binəqədi rayonunda Rasim Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı bıçaqlayaraq qətlə yetirib. Ər-arvad arasında münaqişə qısqanclıq zəminində baş verib.

Elan olunmuş ittiham üzrə Rasim Çərtikov özünü qismən təqsirli bilib. O deyib ki, Arifə ilə 33 il əvvəl ailə həyatı qurub.

Çərtikov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

Rasim Çərtikov bildirib ki, Arifə öz istəyi ilə başqa evdə bir ailənin uşağına dayəlik edib: "İki ay özüm onu işə aparırdım. Onun çalışmağına razı deyildim. Sonra Arifə gecə növbəsində çalışmaq istədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra arvadı ilə aralarında mübahisə düşüb: "Bu səbəbdən Arifə məndən küsdü və atası evinə getdi. Sonradan Arifənin iş yerinə getdim ki, daha işləməsin. Amma Arifə sözümə baxmadı”.

Rasim Çərtikov qeyd edib ki, sonradan yaxın adamla qayınanasıgilə gedib və Arifəni evə gətirmək istəyib: "Arifə də mənimlə evə gəldi. Arifə ilə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək. Əvvəl bu qayda ilə çalışdı, sonra fikrini dəyişdi. Arifə işlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə Arifəyə dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu gecə işləməyə qoymadım. O isə Rusiyaya getmək istəmədiyini bildirdi”.

Rasim Çərtikov deyib ki, arvadı onunla intim əlaqədə olan zaman həzz ala bilmədiyini söyləyib: "Arifə mənə dedi ki, səndən bir kişi kimi həzz almıram. Mən də ona əsəbiləşdim. Dedim ki, səni öldürəcəm. Sonra bıçaqla ona çoxsaylı zərbələr vurdum. Arifəni öldürmək niyyəti olmayıb. Amma məcbur qalaraq, bu cinayəti törətmişəm”.

Növbəti proses iyulun 2-də davam edəcək./publika

İcmal.Az

RƏYLƏR