ABŞ Koreya yarımadasına yeni təyyarədaşıyan göndərdi

OXUNUB: 954 DÜNYA
ABŞ "Ronald Reagan" təyyarədaşıyan gəmisini Koreya yarımadasına göndərdi.

Şimali Koreya raket buraxdıqdan sonra bölgədə vəziyyət gərginləşdiyi üçün ABŞ bu addımı atıb. Bu barədə "CNN" kanalı ABŞ müdafiə nazirliyinin iki yüksək rütbəli işçisinə istinadən xəbər yayıb.

Hərbi gəmi "Carl Vinson" təyyarədaşıyan gəmisi ilə birlikdə təlimlərdə iştirak edəcək.

Bildirilir ki, hərbi gəmi müxtəlif təlim tapşırıqlarını yerinə yetirəcək. İlk növbədə isə təyyarələri təhlükəsiz qəbul edib uçurmaq tapşırığı icra ediləcək./olke.az
 
İcmal.Az

RƏYLƏR