ABŞ səfiri: Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır

OXUNUB: 638 İQTİSADİYYAT

"ABŞ Azərbaycan və digər ölkələrlə qlobal enerji təhlükəsizliyini təmin etmək üçün fəal şəkildə çalışır". 

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin bu gün Amerika Ticarət Palatasının tədbirində də qeyd etdiyi kimi, ABŞ şirkətləri Azərbaycanda karbohidrogen resurslarının işlənməsində fəal olub: "Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan regional, qlobal enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır. Biz bu rolun davam etməsi üçün Azərbaycanla birgə fəaliyyətimizi davam etdiririk".

İcmal.Az

RƏYLƏR