ABŞ Senatı Con Sallivanı dövlət katibinin birinci müavini təyin etdi

OXUNUB: 698 DÜNYA

ABŞ Senatı çərşənbə günü Con Sallivanı dövlət katibinin birinci müavini vəzifəsinə təsdiq edib.

Bunu səsvermənin nəticələri sübut edir. 

Sallivanın namizədliyinin lehinə 94, əleyhinə isə altı senator səs verib. 

Daha öncə Dövlət Departamentində bu qəbildən olan iki vəzifə var idi – səlahiyyət dairəsi dəqiqləşdirilməyən dövlət katibinin birinci müavini, eləcə də idarə və resurslar üzrə birinci müavin. Sallivan "əlavə imtiyazlar” olmadan bu iki vəzifəni bir arada icra edəcək, bu barədə Ağ ev məlumat yayıb.   

Sallivan hazırkı dövrə qədər "Mayer Brown LLP” konsaltinq şirkətinin Vaşinqton ofisinin tərəfdaşı kimi fəaliyyət göstərirdi. Keçmişdə o, Ədliyyə, Müdafiə və Ticarət nazirliklərində yüksək vəzifələr tutub./oxu

İcmal.Az

RƏYLƏR