Abşeronda qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib

OXUNUB: 489 HADİSƏ

Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Hadisə Mazasır qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib.

Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb. 

Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb.

Fakt araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR