Bu gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İcmal.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Xındırıstan kəndində Heydərov Saday Arif oğlu idarə etdiyi "VAZ-2107” markalı, 10 MD 477 nömrə nişanlı avtomobillə 15 yaşlı Qasımova Humay Firdovsi qızını vurub. Yeniyetmə aldığı xəsarətdən hadisə yerində ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
İcmal.Az