Məşhur teleaparıcı Afaq Gəncəli sosial media hesabında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75-cü ildönümü münasibətilə qəhrəman dayısını yad edib.
İcmal.az xəbər verir ki, Afaq dayısı - Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin Minsk şəhərinin azad edilməsində iştirak etdiyini bildirib.
A.Gəncəli dayısının şücaəti haqqında bunları yazıb:
"Dayım Nəcəfqulu Rəfiyev Sovet İttifaqi Qəhrəmanıdır. O, Minsk şəhərinin azad edilməsində qəhrəmanlıq göstərib. "Baqration” əməliyyatında tank diviziyası ilə Belarusiyanı azad edib.
Dayım kimi igid Azərbaycan oğullarımız çoxdur. Qələbə bayramınız mübarək!”