Almaniya Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır

OXUNUB: 1018 DÜNYA
Almaniya hökuməti Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır.


"Ölkə.Az" xəbər verir ki, rəsmi Berlin BMT-nin qətnamələri və Avropa İttifaqı qanunvericiliyinə əsasən yeni sanksiya barədə düşünür.

Yeni sanksiyaya əsasən Şimali Koreyanın Berlindəki səfirliyinə səfirlik binasını icarəyə vermək qadağan ediləcək. Rəsmi Pxenyan artıq 10 ildir ki, istifadə etmədiyi daşınmaz əmlakı "City Hostel"-ə kirayəyə verir. Şimali Koreya başqa bir binanı müxtəlif tədbirlərin keçirilməsi üçün kirayəyə verir. Rəsmi Pxenyan bu əməliyyatlardan hər ay on minlərlə avro pul qazanır.
 
İcmal.Az

RƏYLƏR