Amerika bu qadını axtarır - Foto

OXUNUB: 900 DÜNYA

ABŞ Müdafiə Nazirliyi Suriyanın Rakka şəhərində yaşayan ingilis əsilli İŞİD terror təşkilatının döyüşçüsü olan qadını axtarır.

49 yaşlı Salli Cones 2013-cü ildə terror təşkilatına qoşulmaq üçün Suriyaya gəlib. Bundan əvvəl isə o, rok ifaçısı olub.

O, 2015-ci ildə ABŞ-ın təşkil etdiyi hava hücumunda IŞİD üzvü olan əri Cüneyd Hüseyni itirib. Məlumatlara görə, hazırda Salli İŞİD-in hakeri kimi çalışır və ABŞ ordusuna qarşı xüsusi əməliyyatların hazırlanmasında iştirak edir. Onun qorunmaq üçün 11 yaşlı oğlu Coyonu canlı sipər olaraq istifadə etdiyi bildirilir./teleqraf

 İcmal.Az


RƏYLƏR