Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqa əyalətində Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub.
İcmal.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun bəyanatına istinadən "Reuters" məlumat yayıb.
İnsident iyunun 18-i günorta baş verib. Təyyarə partlayıb, pilot isə itkin düşüb.
İcmal.Az