Argentinada neft emalı zavodunda partlayış: 3 NƏFƏR ÖLÜB

OXUNUB: 210 Özəl DÜNYA
Argentinanın Neuken əyalətində neft emalı zavodunda partlayış baş verib. Yerli mətbuatın məlumatına görə, güclü yanğına səbəb olan partlayış nəticəsində neft emalı zavodunda işləyən 3 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, Argentina mətbuatında əksini tapan xəbərə görə, ölkənin qərbindəki Neuken əyalətində New American Oil (NAO) şirkətinin neft emalı zavodunda partlayış baş verib. Partlayışdan sonra neft emalı zavodunda nəhəng yanğının baş verdiyini qeyd edən Telam xəbər agentliyi 90-a yaxın yanğınsöndürən və Mülki Müdafiə personalı tərəfindən saatlarla davam edən işdən sonra yanğının nəzarət altına alındığını qeyd edib.

7NEWS.az

RƏYLƏR