Astara sakini səkkizinci dəfə həbs olundu

OXUNUB: 21 HADİSƏ

Nizami rayonunda 7 dəfə məhkum olunan şəxsin üzərindən 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, Astara rayon sakini Rüfət Qurbanovun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

O, narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR