“Atletiko” ilə səfər matçı üçün “Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satıldı

OXUNUB: 1023 İDMAN

Futbol üzrə Çempionlar Liqasında İspaniya "Atletiko”su ilə səfər matçı üçün "Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satılıb.

Klubun mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Ağdam təmsilçisinə təqdim olunan 300 bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək "Atletiko” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İcmal.Az

RƏYLƏR