Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib.
İcmal.Az xəbər verir ki, iki günlük səfər çərçivəsində Jan-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.
Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq.
Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də, Brüsseldə keçiriləcək.
İcmal.Az