Avtomobil dərəyə aşdı: Ağır xəsarət alan sürücü komadadır – FOTO

OXUNUB: 754 HADİSƏ

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır./report

 

İcmal.Az

 

RƏYLƏR