Avtomobil dərəyə yuvarlandı: yaralı var

OXUNUB: 758 HADİSƏ

Astarada avtomobil dərəyə aşıb, xəsarət alan var.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Miki kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı minik avtomaşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu deyilir.

 

Fakt araşdırılır.

İcmal.Az-ın report-a istinadən məlumatına görə, avtomobilin sürücüsü rayonun Taxtanəkəran kənd sakini, 1972-ci il təvəllüdlü Nazim Əzizağa oğlu İbrahimovdur. 

Xəstəxanadan report-a bildirilib ki, onun bel-fəqərə sümüyü sınıb. 

 

İcmal.Az

RƏYLƏR