Axtarışa verilən azərbaycanlı məşhur "TAPILDI" - HƏBS OLUNACAQ - FOTO

OXUNUB: 37 HADİSƏ

Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimdən xəbər var.

İcmal.Az xəbər verir ki, Piterdə bir toy məclisinə yollanan Aqşin Fateh "qədim" həmkarı ilə qarşılaşıb.

Köhnə dostlar uzun zamandan sonra bir araya gəliblər. 6 ildən çoxdur Rusiyada yaşayan Vahid Qədimin xarici görünüşündə ciddi bir dəyişiklik nəzərə çarpmayıb.

Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi:

"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək".

İcmal.Az

RƏYLƏR