"Azəravtoyol"un çəkdiyi "velosiped zolaqları" gülüş hədəfi oldu - FOTO

OXUNUB: 779 GÜNDƏM İQTİSADİYYAT
"MİDA-Yasamal" şəhərciyində təşkil edilən "zolaqları" kim çəkib? 
Sosial şəbəkələrdə AAYDA tərəfindən "MİDA-Yasamal" şəhərciyində təşkil edilən "velosiped zolaqları"nın fotoları yayılıb. Avtosfer.az xəbər verir ki, fotolarda zolaqlar yolayrıcına çatanda bardurla bitir. Daha sonra isə yaxşıca bir maneəni keçəndən sonra başlayır. Görünür ki, bu zolaqları çəkənlər velesiped sürənləri tryuklar etmək üçün vərdişlər formalaşdırmalarını düşünüblər.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, həmin ərazidə AAYDA tərəfindən heç bir iş görülməyib. Velosiped zolağının çəkilməsi Agentlik tərəfindən həyata keçirilməyib.

Fotoları təqdim edirik:
undefined

 undefined

İcmal.Az

RƏYLƏR