Azərbaycan elminə çox ağır itki - Bu səhər onu da itirdik... / FOTO

OXUNUB: 950 HADİSƏ

Azərbaycanın tanınmış alimi Nazil Canibəyov vəfat edib.

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nazil Canibəyov 1942‐ci il sentyabrın 21‐də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib.

O, 1972-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1987-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını alıb. 2007-ci ildə AMEA‐nın müxbir üzvü seçilib.

N.Canibəyov 224 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və 17 patentin müəllifi idi. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub.

 
 
 
 
 
 
 
 
 İcmal.Az

RƏYLƏR