Azərbaycan iqtisadiyyatı növbəti illərdə artacaq – PROQNOZ

OXUNUB: 939 İQTİSADİYYAT
Dünya Bankı (DB) bu il Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artımın 1,9% olacağını proqnozlaşdırır. 

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu, Bankın ötən ilin oktyabr ayında verdiyi proqnozdan 0,3% bəndi çoxdur. 

DB-nın gələn il üçün regional iqtisadi artım proqnozu isə 1,8%-dir. Qeyd edək ki, Bank bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,4% azalacağını, gələn il 0,6%, 2019-cu ildə isə 1,3% artacağını proqnozlaşdırır. 

"Bu il kənd təsərrüfatının ÜDM-də payı 3,4%, 2018-ci ildə 4,2%, 2019-cu ildə isə 4,5% bəndi artacaq. Sənayenin ÜDM-də payı bu il 2,9%, gələn il 0,8% bəndi azalacaq, 2019-cu ildə isə 0,3% bəndi artacaq”, - deyə sənəddə qeyd olunub.

Bununla yanaşı bildirilir ki, 2017-ci il üçün xidmət sahəsinin ÜDM-də payının 0,8% bəndi azalacağı, 2018-ci ildə 1,8% bəndi, 2019-cu ildə isə 2% bəndi artacağı gözlənilir.

Hesabata görə, Azərbaycanda bu il büdcə kəsirinin ÜDM-ə nisbətən 6% olacağı gözlənilir: "Bu rəqəm 2018-ci ildə 8,3%, 2019-cu ildə isə 7,7% olacaq”.

İcmal.Az

RƏYLƏR