Azərbaycana gətirilən tonlarla vafli məhv edildi: Şirkət 30 min manat cərimələnib

OXUNUB: 899 İQTİSADİYYAT

Rusiyanın gömrük orqanları "Uslada” kombinatının istehsalı olan 1250 kq "Xutorok skazok” ticarət nişanlı vaflinin Azərbaycana ixracının qarşısını alıb. 

Bu barədə Rusiya mətbuatı yazır.

Samara vilayətinin gömrük keçid məntəqəsindən bildirilib ki, kombinat Çeboksarıda fəaliyyət göstərən "Akkond” fabrikinə məxsus ticarət nişanından qanunsuz olaraq istifadə edib.

Bundan sonra, Samara şirkəti barəsində inzibati iş açılıb. Belə ki, məhsul məhv edilib, kombinat isə 100 min rubl (30 min manat - red.) məbləğində cərimələnib./apa

İcmal.Az

RƏYLƏR