Azərbaycanda ali məktəbə qəbul olan gənclərin FACİƏSİ - İKİSİ DƏ ÖLDÜ

OXUNUB: 903 HADİSƏ

Bu gün Cəlilabad rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qəzaya düşən avtomobildəki gənclər orta məktəbi bu il bitiribmiş və ali təhsil üçün imtahan veribmiş.

 

Belə ki, "Mercedes” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rzayev Şəmsi İlqar oğlu və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Qarayev Ələmdar Qoşqar oğlu Günəşli kəndində yaşayan repetitorun yanından kəndə qaydırımış. Onlar sabah Lənkəranda keçiriləcək növbəti imtahana hazırlaşırmış.

 

Bildirilir ki, hər iki gənc daha əvvəl keçirilmiş imtahanlarda yüksək bal toplayaraq ailə məktəbə qəbul olunub. Lakin onlar ballarını artırmaq üçün oxumağa davam ediblər. Onlar Alar kəndindəki 2 saylı orta məktəbi bu il bitiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 
 
 
*****
 
 
12:48
 
 
Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qeydə alınıb. 
 
"Mercedes” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.
 
 
Məlumata görə, onlar Alar kənd sakinləridir.  Faktla bağlı araşdırma aparılır./lent
 
 
 
İcmal.Az

RƏYLƏR