Azərbaycanda ata və anasını vəhşiliklə öldürən oğulla bağlı SENSASİON FAKT - Görün harada yaşayırmış

OXUNUB: 944 HADİSƏ

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məsələ ilə bağlı Qurudərə kənd icra nümayəndəliyinin üzvü Ramiz müəllim Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən ailədə heç vaxt münaqişə olmayıb və hadisənin haradan qaynaqlandığını özləri də bilmirlər:
"Ailədə bunlar bir-birləri ilə çox mehriban idilər. Bütün kənd camaatdı baş verən hadisənin şokunu yaşayır. Hər kəsə maraqlıdır ki, hadisə niyə baş verib. Şöhrət Mənsimovun iki qardaşı Rusiyada çalışır. Özüdə əvvəllər Rusiyaya gedib-gəlirdi.
İcra nümayəndəsi bildirib ki, hazırda mərhumların cənazəsi ekspertiza olunduqdan sonra kəndə gətirilib: "Yaxın saatlarda dəfn mərasimi keçiriləcək. Bütün kənd camaatı dəfnə qatılmaq üçün onların ünvanındadırlar. HAzırda Ş.Mənsimovun tapılması üçün axtarışlar davam etdirilir".

 

Adının hallanmasını istəməyən kənd sakini isə unikal.org-a deyib ki, Rusiyada uzun müddət yaşadıqdan sonra Şöhrət Məsimov ailəsi ilə birgə Bakıda gəlib. Hər il yay fəslində rayona gedirmiş. O, kənddə təsərrüfat işləri ilə məşğul olurmuş. Ş.Məsimov spirtli içki içdiyi üçün qətlin törədildiyi ehtimal olunur.

 

 

İcmal.Az

RƏYLƏR