Azərbaycanda bədbəxt hadisə: Sərxoş şəxs körpüdən yıxıldı

OXUNUB: 1164 HADİSƏ
Göygöl sakini körpüdən yıxılaraq xəsarət alıb.


İcmal.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xəqani kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Asif Xanlar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Ona tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Xəlilov sərxoş vəziyyətdə kəndin yaxınlığında olan körpüdən yıxılaraq ağır xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR