Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

OXUNUB: 647 HADİSƏ
"Azəriqaz" İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxub”.

7News.Az xəbər verir ki, bu barədə İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "oxu.az"ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:

"Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.

C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

RƏYLƏR