Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb.
İcmal.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.
Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.
İcmal.Az