Azərbaycanda “kuryoz” hadisə: Evinə oğru girdi, polis özünü tutdu

OXUNUB: 914 HADİSƏ
Ağsu rayonunda "kuryoz” hadisə baş verib. 

İcmal.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1  ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.
 
İcmal.Az

RƏYLƏR