Azərbaycanlı aktrisa “striptiz” oynadı – VİDEO

OXUNUB: 1119 ŞOU-BİZNES

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb.

Videonu aktrisa "Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin "Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə "Ucuz həyəcanlar” adlanır.

Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb.

O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının "Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın "Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi "Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının "Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb./baku.ws

 

İcmal.Az


RƏYLƏR