Azərbaycanlı aparıcı damarlarını doğramaq istədi: "Qışqırırdılar ki, oğlun ölür"

OXUNUB: 122 ŞOU-BİZNES

Tanınmış aparıcı Şəbnəm Həsənova ölümdən dönüb.

Açıqlama verən aparıcı həyatında baş verən dəhşətli hadisələrdən sonra intihar həddinə çatdığını etiraf edib:

"Mən 40 günün içində iki ağır itki verdim. Anam xərçəngdən dünyasını dəyişdi, atam anamın itkisinə dözmədi, onu itirdik. Həmin ərəfədə oğlum da xəstə idi, depressiya yaşayırdım. Rayondaydım, anamın yataq otağına keçdim, otağın pəncərəsindən çölə baxdım.

 

O pəncərənin şüşəsi çat vermişdi. Fikirləşdim ki, bir həftə əvvəl bu pəncərədən atam baxırdı, amma indi həyatda yoxdur. Üzüyümlə o şüşəni çilik-çilik elədim. Şüşə parçasını götürüb, damarımı kəsmək istədim. O anda qapı döyüldü... Qışqırırdılar ki, Turan (oğlu - red.) ölür, tez gəl. O, məni ölümdən qurtardı. Amma o hissləri necə yaşamışdımsa, həmin an keçirtdiyim sarsıntı mənə ölümü yaşatmış kimi oldu".//yeniçağ

İcmal.Az

RƏYLƏR