Azərbaycanlı turistlər Kiyevdə yol qəzasına düşdülər - FOTO

OXUNUB: 506 HADİSƏ

Bu yaxınlarda Azərbaycandan əyləncə tədbirində iştirak etmək üçün Ukraynaya gedən turistlər yol qəzasına düşüblər.

Qəza noyabrın 3-ü səhər saatlarında Kiyevin Lobanovski və Qolovka küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə "VAZ" markalı avtomobilin bakılı turistlərin olduğu "BMW"nin sürücü əyləşən hissəsinə çırpılması nəticəsində baş verib.

Hər iki sürücü işıqforun yaşıl işığında hərəkət etdiyini bildirib. Lakin ilkin araşdırmalara görə, qəzaya "VAZ"ın sürücüsü səbəb olub.

 

Cüzi xəsarət alan hər iki sürücüyə hadisə yerində tibbi yardım göstərilib./report

 

İcmal.Az

RƏYLƏR