AzTV-də kütləvi koronavirusa yoluxma - Sədr müavinin də testi pozitiv çıxdı

OXUNUB: 879 SOSİAL HADİSƏ
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.

7News.Az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.
 
 7News.Az

RƏYLƏR