Azyaşlını bıçaqla qorxutdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu və... - Salyanlıdan Qaradağda İYRƏNC ƏMƏL

OXUNUB: 2385 HADİSƏ

Bakıda 14 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Samir Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Samir Xəlilov 1995-ci ildə Salyan rayonun Yenikənd kəndində dünyaya gəlsə də, rayonun Xalac kəndində qeydiyyatda olub və həmin kənddə də yaşayıb.

Seksual zorakılıq

Samir Xəlilov bir neçə il əvvəl paytaxta işləməyə gəlib. O, paytaxtda tikinti sahələrində fəhllik edib və Qaradağ rayonun Qobustan qəsəbəsində kirayədə yaşayıb.

İttihama görə, Samir Xəlilov on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor göstərməklə seksual xarakterli hərəkətlər edib. O, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan və silah qismində tətbiq edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törədib.

Seksual xarakterli söhbət

Belə ki, Samir Xəlilov Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 2013-cü il təvəllüdlü Sadiq Babayevi (ad və soyad şərti verilib – red.) görüb. O, əvvəlcə yetkinlik yaşına çatmayan oğlanla qəsəbə ərazisində söhbət edib və onunla seksual xarakterli mövzulardan danışıb.

Siqaret vermək adı ilə aldatdı

Samir Xəlilov 2016-cı ilin yanvarın 8-də, saat 16-17 radələrində Samir Babayevlə yenidən rastlaşıb. Bu zaman Sadiq Samir Xəlilovdan siqaret istəyib.

Sadiq Babayevin siqaret istəməsindən istifadə edən Samir Xəlilov onu siqaret vermək adı ilə aldadaraq Qobustan qəsəbəsi, 61-ci kilometr bağlar massivində yerləşən evə gətirib.

Azyaşlıya təcavüz

Sadiq Babayevi evə salan Samir Xəlilov onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını istəyib. Sadiq isə onun bu tələbindən imtina edib.

Bu zaman Samir Xəlilov evdə olan bıçağı götürərək Sadiq Babayevi hədələyib və sonra onu zorla soyunduraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib, ona qarşı seskaul xarakterli zorakılıq hərəkətləri törədib.

Ölüm təhdidi, şikayət və xuliqanlıq

Daha sonra Samir Xəlilov azyaşlını hədələyib ki, baş verən hadisəni heç kimə danışmasın. Bu hadisəni kiməsə danışacağı halda isə onu öldürəcəyilə hədələyib.

Oradan çıxaraq evə gələn Sadiq Babayev baş verən hadisəni anasına danışıb. Bundan sonra onun valideynləri hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Yanvarın 9-da barəsində şikayət olunduğunu eşidən Samir Xəlilov xuliqanlıq hərəkətləri edib. O, azyaşlını döyərək, ona bədən xəsarətləri yetirib. Elə həmin gün Samir Xəlilov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İki maddəli cinayət işi və 10 il cəza

Samir Xəlilov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Xəlilov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Xəlilov apelyasiya şikayəti verib.

Məhkumun xahişi

O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə məhkum edilməsi hissəsində cinayət işi üzrə icraata xitam verilməsini, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsilə təyin olunmuş cəzasının isə daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Samir Xəlilovun apelyasiya şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Samir Xəlilovun apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb./publika

 

İcmal.Az

RƏYLƏR